Puta, Bakı
Hər şey Bakıda, Puta qəsəbəsində, 184 nömrəli məktəbdə başladı. Kasıb böyüdük, kompüter haqqında danışmaq belə mümkün deyildi — rəqəmsal dünyada ilk addımlarımı birbaşa mobil telefondan atdım.
2007-ci ilə qədər İT haqqında heç nə bilmirdim, amma yaxşı elektronçu idim. Bu mənə möhkəm texniki baza verdi.
